Babazadə Babazeynal Maqsud
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babazadə Babazeynal Maqsud

Ata adı: Maqsud

🐣
Doğum — Lerik Amburdərə kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Lerik Amburdərə kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Laçın ⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Babazeynal Babazadə 1 iyul 2001-ci ildə Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olmuşdur. Babazeynal Babazadə 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusunun əsgəri olan Babazeynal Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.

07.10.2020 tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babazeynal Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Babazeynal Babazadə ölümündən sonra "Laçının azad olunmasına görə" və “Suqovuşanın  azad olunmasına görə”  medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Babazeynal Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mehriban, xoşxasiyyətli, qayğıkeş, vətənpərvər bir gənc olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lerik rayonu Qosmalian kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Babayev Maqsud Mansur oğlu Ana: Babayeva Sevda Vəli qızı Qardaş: Babazadə Cəlil Maqsud oğlu Qardaş: Babazadə Sədail Maqsud oğlu Qardaş: Babazadə Əfrail Maqsud oğlu Bacı: Bəyverdiyeva Rəvanə Maqsud qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər