Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Rüstəm
Babazadə Əli Rüstəm oğlu 1991-ci il iyul ayının 13-də Astara rayonu Kələdəhnə qəsəbəsində anadan olmuşdur. Əli Babazadə orta təhsilini Rasim Camalov adana tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elməddin Əliyev 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Əli Babazadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əli Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Babayev Rüstəm Əjdər oğlu Ana: Babayeva Dilbər Məsi qızı Bacı: Babayeva Nəzakət Rüstəm qızı Qardaş: Babayev Yusif Rüstəm oğlu Bacı: Babazadə Məleykə Rüstəm qızı