Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sahib
Babazadə Elşən Sahib oğlu 4 aprel 1996-cı ildə Qəbələ rayonun Mıxlıqovaq kəndində anadan olmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kənd orta məktəbini bitirib.
Babazadə Elşən Sahib oğlu 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Zəngilan və Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Sərhəd qoşunlarının hərbi qulluqçusu kiçik gizir Babazadə Elşən Sahib oğlu 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Babazadə Elşən Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Babazadə Elşən “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, cəsur, qorxmaz və intizamlı insan olub.
Ata: Babayev Sahib Ənvər oğlu Bacı: Yusibova Çiçək Sahib qızı Bacı: Mustafayeva Mehriban Sahib qızı