Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elşad
Mirşəmsi Elşad oğlu Babazadə 1996-cı il fevralın 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə çağırılıb.
Mirşəmsi Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən Müharibəsi zamanı sentyabrın 30-da Tərtər-Ağdərə istiqamətində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamlarına əsasən Mirşəmsi Babazadə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Mirşəmsi Babazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə vətənpərvər, gülərüz, dostlarına sadiq, atasının anasının qayğısına qalan bir gənc idi.
Ata: Babayev Elşad Mehti oğlu Ana: Babayeva Elnarə Mustafa qızı Bacı: Babazadə Gülər Elşad qızı Bacı: Babazadə Günel Elşad qızı