Babazadə Ülfət Qabil
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Babazadə Ülfət Qabil

Ata adı: Qabil

🐣
Doğum — Lənkəran
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Lənkəran Daştatük kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Kəlbəcər ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

"Azərbaycan Bayrağı" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ülfət Babazadə 2000-ci il yanvarın  28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub. Subay idi.

Ülfət Babazadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülfət Babazadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər  rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Kəlbəcərin  azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ülfət Babazadə ölümündən sonra "Azərbaycan bayrağı" ordeni  ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Cəsur, mərd, vətənpərvər, ailəcanlı, mehriban bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər, Daştatük kənd orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ana: Babayeva Mehri Hacıhəsən qızı Bacı: Nəzərli Aytəkin Qabil qızı Bacı: Nəhmətova Aygül Qabil qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər