Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Bəhruz
Yolçu Bəhruz oğlu Babazadə 20 yanvar 2002-ci ildə Şəki rayonunun Qozlubulaq kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri olan Yolçu Babazadə 2020-ci il sentyabrın 27-də ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşüb. Yolçu Babazadə 5 oktyabr 2020-ci ildə gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edi
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Yolçu Babazadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ilə təltif edi.
Hər kəs tərəfindən hörmətlə qarşılanan, sakit təbiətli, zarafatcıl, şirindil biri olub.
Ata: Babayev Bəhruz Yolçu oğlu Ana: Babayeva Xatirə Şövkət qızı Qardaş: Babayev Rəsul Bəhruz oğlu