Bağırlı Hikmət Qəhrəman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bağırlı Hikmət Qəhrəman

Ata adı: Qəhrəman

🐣
Doğum — Biləsuvar Bəydili kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar Bəydili kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Hikmət Bağırlı 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra cağrışla hərbi xidmətə yollanmışdır.

Hikmət Bağırlı Ağcabədi bölgəsində kəşfiyyat qurupunda xidmət etmişdir. 29 sentyabr 2020-ci ildə Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmiş, şəhid olmuşdur. O, 30 sentyabr 2020-ci ildə doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hikmət Bağırlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Hikmət Bağırlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Hikmət çox mehriban, səmimi və şən biri idi. Deyib-gülməyi, zarafat etməyi xoşlayırdı. Ailəcanlı, valideynlərinin qayğısına qalıb, onlara diqqət göstərən biri idi. Dostluqda möhkəm və sadiq idi. Vətənini, bayrağını sevirdi və vətəni uğrunda hər an canından keçməyə hazır idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayon şəhid Rüfət Mikayılov adına Bəydili kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qəhrəman Bağırov Telman oğlu Ana: Sahibə Rüstəmova İbadət qızı Bacı: Nuranə Bağırova Qəhrəman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər