Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Sahib
Elnur Bağırov 1993-cü il aprelin 16-da Daşkəsən rayonunda anadan olub. İxtisasca hərbçi, peşəkar snayper idi. Anası hər zaman onun peşəsinə görə narahatlıq keçirsə də, "Narahat olma ana, mənim işimdə qorxulu nə var ki?!" deyərmiş. 2020-ci il, sentyabrın 29-da Kəlbəcər rayonunun şərti adı “Üçtəpələr” olan döyüş mövqeyi istiqamətində hərbi əməliyyatlar zamanı düşmənin minomyot atəşi nəticəsində şəhadətə yüksəlib.
Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elnur Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Vətənpərvər, igid, qorxmaz insan olub.
Ata: Bağırov Sahib Suliddin oğlu Ana: Bağırova Çiçək Ələddin qızı Bacı:Tağıyeva Ayşən Sahib qızı