Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Allahverdi
Fuad Bağırov 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olmuşdur. 1998-2009-cu illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. Ailəli idi, 1 oğul və 1 qızı yadigar qaldı.
Fuad Bağırov 2013-cü ildə "leytenant" rütbəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlamışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Fuad Bağırov zabit olaraq döyüşlərdə iştirak etmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Müharibədən sonra Fuad Bağırov qısa zamanda "baş leytenant" rütbəsinə yüksəlmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Bağırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində rabitəçi olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Bağırov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Bağırov müharibədən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam etmişdir.
29 yanvar 2022-ci ildə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən 3 hərbi qulluqçu ilə birgə itkin düşən Fuad Bağırov 3 gün müddətində axtarılmış, onun axtarışı aidiyyəti qurumlar tərəfindən davam etdirilmişdir. Onun nəşi 31 yanvar 2022-ci ildə tapılmış və ertəsi gün Şirvan Şəhidlər Xiyabanında dəfn edilmişdir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Fuad Bağırova şəhid statusunun verildiyini açıqlamışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Fuad Bağırov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilətəltif edilib
Fuad mərd,vətənpərvər oğul idi.Ailəsinə bağlı, mülayim,xoş xasiyyət,xeyirxah,idi. Zəhmətkeş insan idi.
Ata: Bağırov Allahverdi Davud oğlu Ana: Bağırova Fəridə Əlisahib qızı Qardaş: Bağırov Rauf Allahverdi oğlu Həyat yoldaşı: Bağırova Sənubər Şahin qızı Oğlu: Bağirzadə Hüseyn Fuad oğlu Qızı: Bağırova Aylin Fuad qızı