Bağırov Ramin Nəriman
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bağırov Ramin Nəriman

Ata adı: Nəriman

🐣
Doğum — Şahbuz Badamlı qəsəbəsi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Şahbuz Badamlı qəsəbə qəbəiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə Şahbuz rayonu Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə Şahbuz rayon Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olan o, 2016-cı ildə həmin liseydən məzun olur. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdıraq yenidən orduya yazılır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə 18 oktyabr tarixindən qatılır. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir. 27 oktyabr tarixində döyüşlərin birində şəhid olur. 30 oktyabr 2020-ci ildə Şahbuz rayon Badamlı kənd məzarlığında dəfn olunub.

Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Ramin Bağırov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə" və “Vətən uğrunda”  medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsrətli, gülərüz insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb (3 cü kursdan təhsili yarımçıq qalıb)
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bağırov Nəriman Ana: Bağırova Sayimə Bacı: Bağırova Aysel Qardaş: Bağırov Şirməmməd

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər