Bağırov Ramiz Yusif
Mülki vətəndaş
🇦🇿 Azərbaycan Şəhidi

Bağırov Ramiz Yusif

Ata adı: Yusif

🐣
Doğum — Gəncə
🕊️
Şəhadət — Gəncə
📍
Dəfn Olunduğu Yer Gəncə İmamzadə kompleksi
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mülki vətəndaş
Qoşun Növü Yoxdur
Xidmət Növü Yoxdur

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bağırov Ramiz Yusif oğlu 1958-ci ildə Gəncə şəhərində doğulmuşdur. 1965-ci ildə Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə  Gəncə şəhər   89 nömrəli texniki peşə məktəbinə daxil olmuş, “Kino-mexanik” peşəsi üzrə təhsil almışdır. 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, xidməti borcunu Rusiya Federasiyası (o vaxtkı SSRİ), Primorsk Vilayətinin Vladivostok şəhərində yerinə yetirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Gəncə şəhərindəki “Billur” zavodunda çilingər-mexanik işləmiş, eyni zamanda Azərbaycan Texnologiya İnstitutunun (indiki UTECA) axşam şöbəsində təhsil almışdır. O, 2006-ci ilə qədər “Billur” zavodunda işləmişdir. Ailəli, Iki övlad atası idi. 

Ramiz Bağırov 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2020-ci il tarixli Qərarına əsasən Bağırov Ramiz Yusif oğluna şəhid statusu verilmişdir.

Xatirələrdə Yaşayan Şəhid:

Xoş xasiyyətli, ailəcanlı, deyib gülən, sevdiklərinin yanında olan insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Gəncə şəhəri 5 saylı tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bağırov Yusif Abduləli oğlu Ana: Bağırova Rübabə Ələsgər qızı Bacı: Bağırova Sevil Yusif qızı Bacı: Bağırova Gülsüm Yusif qızı Bacı: Bağırova Gülnaz Yusif qızı Bacı: Bağırova Həcər Yusif qızı Bacı: Bağırova Ulduz Yusif qızı Qardaş: Bağırov Abduləli Yusif oğlu Həyat yoldaşı: Bağırova Rəna Bəşir qızı Qızı: Bağırova İlahə Ramiz qızı Oğlu: Bağırov Yusif Ramiz oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər