Bağırov Ülvi Hənifə
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Bağırov Ülvi Hənifə

Ata adı: Hənifə

🐣
Doğum — Salyan
🕊️
Şəhadət — Bakı Hərbi hospital
📍
Dəfn Olunduğu Yer Salyan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bağırov Ülvi Hənifə oğlu 22 mart 2001-ci ildə Salyan rayonunda anadan olmuşdur. Orta təhsilini Əliağa Kürçaylı adına orta təmayüllü liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. 

Vətən Müharibəsində iştirak edən  Ülvi Bağırov bir sıra rayonlarımızın azad edilməsində böyük rəşadət göstərib. Vətən Müharibəsində iştirakına görə Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Bağırov Ülvi Hənifə oğlu Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı 19 sentyabr 2023-cü il tarixində ağır yaralanır və 7 ay komadan qaldıqdan sonra 07 aprel 2024-cü il tarixində Hərbi Hospitalda şəhidlik zirvəsinə ucalır.  

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bağırov Ülvi Hənifə oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilmişdir.  

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, şən, mehriban insan idi. Nizam-intizamı ilə seçilirdi

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Əliağa Kürçaylı adına orta təmayüllü litsey
Ali Təhsil Heydər Əliyev adına Ali Hərbi Məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bağırov Hənifə Rza oğlu Ana: Bağırova Gülxas Rza qızı Bacı: Bağırova Zöhrə Hənifə qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər