Üsuliddin -1- Hacı Mircəfər Əyyubov
Böyük Günahlar Kiçik Addımlarla Başlayır
Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Ata adı: Şahin
Sadiq Şahin oğlu Bağırzadə 15 aprel 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində doğulub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.
2020-ci il mayın 2-də əsgərliyə yollanmışdır. "N" saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində daim təlimdə olmuşdur. Zabit heyəti ilə tək əsgər Sadiq Bağırzadə olmuşdur. Ön cəbhədə vuruşmuşdur. Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da düşmən gülləsinə tuş gələrək şəhid olmuşdur..
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 15-i tarixli Sərəncamına əsasən Sadiq Bağırzadə ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Xüsusi Təyinatlı Qüvvələrin ən gənc kəşfiyyatçısı kimi tarixə düşən 18 yaşlı şəhid Sadiq Bağırzadə məktəbdə oxuduğu dövrdə müəllim və şagirdlərin sevimlisi olmuşdur. Dərslərində daim fərqlənən Sadiq tarix və idman dərslərinə xüsusi maraq göstərmişdir. Sadiq həmyaşıdları arasında gülərüz və zarafatcıl kimi tanınmışdır.
Ata: Bağırov Şahin İsmayıl oğlu Ana: Bağırova Yeganə Əsgər qızı Bacı: Bağırzada Milana Şahin qızı