Bahadurov Anar Süleyman
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bahadurov Anar Süleyman

Ata adı: Süleyman

🐣
Doğum — Sabirabad
🕊️
Şəhadət — Qubadlı
📍
Dəfn Olunduğu Yer Sabirabad Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Qubadlı

Təltif Edildiyi Orden və Medallar

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə medalı

Qubadlının azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Anar Bahadurov 26 iyun 1992-ci ildə Sabirabad şəhərində dünyaya gəlmişdir. Anar 1998-ci ildə Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbin birinci sinfinə daxil olmuşdur. VII sinfədək bu məktəbdə təhsil alıb. Elmə, xüsusilə humanitar fənlərə böyük həvəsi olmuşdur, bu da onun şagird yoldaşları və müəllimlərinin sevimlisinə çevirib. Anar Bahadurov VII sinfi bitirəndən sonra 2005-ci ildə imtahan verərək Şirvan şəhər Özəl Türk Liseyinə qəbul olub. Yüksək göstəricilərlə bu təhsil ocağını başa vuraraq 2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında 645 bal toplayaraq tələbə adını qazanıb.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 2013-cü ildə isə həmin ali məktəbin magistraturasına daxil olub. Lakin təhsilini yarımçıq saxlayaraq Vətən borcunu yerinə yetirməkdən ötrü həqiqi hərbi xidmətə yollanıb. Hərbi borcunu Tovuz rayonundakı ”N” saylı hərbi hissədə başa vurub geri dönən həmyerlimiz 2014-2016-cı illərdə Almaniyanın Köln şəhərində magistratura təhsili alıb. Bir neçə xarici dili öyrənməyə nail olan zəkalı gəncimiz ingilis dilində məşğələlərə davam edib.”İELTS”proqramı üzrə sertifikat almağa nail olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Bahadurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlı, Cəbrayıl və Şuşa döyüşlərində iştirak edib. 8 Noyabr 2020-ci ildə Qubadlı-Şuşa istiqamətində gedən həlledici ağır döyüşlərdə şəhid olub.

Bahadurov Anar Süleyman oğlu 9 noyabr 2020-ci ildə Sabirabad rayonu Şəhidlik Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ”Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, ”Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bahadurov Anar Süleyman oğlu  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Anasının, atasının qayğısını çəkən, vətənini sevən cəsur, qorxmaz olub. Döyüşdə həmişə irəlidə olmağa can atıb.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Sabirabad rayonu Nizami Gəncəvi adına 5 saylı tam orta məktəb
Ali Təhsil Bakı Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bahadurov Süleyman Hüseyn oğlu Ana: Bahadurova zeynəb Yahya qızı Qardaş: Bahadurov Hüseynağa Süleyman oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər