Balabəyli Elcan Vasif
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Balabəyli Elcan Vasif

Ata adı: Vasif

🐣
Doğum — Naxçıvan
🕊️
Şəhadət — Ağdərə
📍
Dəfn Olunduğu Yer Naxçıvan Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Ağdərə

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə medalı

Hərbi xidmətlərə görə
I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi yubiley medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Balabəyli Elcan Vasif oğlu 12 mart 1992-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 15 saylı orta məktəbdə orta təhsil alıb. Elcan Balabəyli  təhsilini Heydər Əliyev adına hərbi liseydə davam etdirib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "kapitan" hərbi rütbəsinə qədər yüksəlib.

Nümunəvi xidmətlərinə görə  “Qüsursuz xidmətlərə görə” və “Azərbayan Ordusunun 100 illiyi” medalları ilə təltif edilib.

Vətən Müharibəsində qəhrəmancasına iştirak edib. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”,  “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”,  “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elcan Balabəyli  ölümündən sonra  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə və “İgidliyə görə” medalı ilə təltif edilib. 

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Balabəyli Elcan Vasif oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Naxçıvan Şəhidlər Xiyabanında dəfn edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, cəsur, qorxmaz, mülayim, mehriban, şən insan olduğu bildirilir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Heydər Əliyev adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Balayev Vasif Əyyub oğlu Ana: Hüseynova Səkinə Məhəmmədəli qızı Qardaş: Balabəyli Elçin Vasif oğlu Həyat yoldaşı: Hətəmova Nurlana Zeynur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər