Baladov Ruslan Allahyar
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Baladov Ruslan Allahyar

Ata adı: Allahyar

🐣
Doğum — Hacıqabul
🕊️
Şəhadət — Tərtər Suqovuşan
📍
Dəfn Olunduğu Yer Hacıqabul Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Ruslan Baladov 18 sentyabr 1997-ci ildə Hacıqabul rayonunda anadan olub. Hacıqabul rayon N.Ağayev adına 4 saylı tam orta məktəbin 9-cu sinifini bitirdikdən  sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təhsil alıb.

2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan qısa müddət sonra isə yenidən taleyini Ordu ilə, MAXE həqrbi qulluqçu kimi fəaliyyət göstərməyə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan MAXE hərbi qulluqçu Ruslan Baladov Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdə Suqovuşan və Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhid olub.

4 Oktyabr 2020-ci ildə Hacıqabul Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidentinin Sərəncamlarına Əsasən Baladov Ruslan ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Baladov Ruslan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Saf və mərhəmətli dost, ana və ataya qarşı qayğıkeş övlad, mehriban və cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Hacıqabul rayon, N.Ağayev adına 4 saylı tam orta məktəb
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Baladov Allahyar Xudayar oğlu Ana: Baladova Elnarə Tahir qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər