Balağayev Seyfəddin Vahid
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Balağayev Seyfəddin Vahid

Ata adı: Vahid

🐣
Doğum — Şabran
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Şabran Şabran Şəhidlər xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Seyfəddin Balağayev 6 mart 1998-ci il tarixində Azərbaycanın Şabran rayonunun eyniadlı şəhərində anadan olmuşdur. O, 2004-cü ildən 2015-ci ilə qədər Şabran şəhərində orta təhsilini almışdır. Balağayev 2015-cu ildə Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinə qəbul olmuşdur.
Seyfəddin Balağayev 2020-ci ilin sentyabr ayının axırlarında Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Seyfəddin Balağayev Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 7-də, 22 yaşında Füzuli rayonu ərazisində şəhid olmuşdur. Seyfəddin Balağayev oktyabrın 8-də Şabran Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Seyfəddin Balağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, səmimi ,mehriban bir insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Şabran rayonu T.Abbasov adına saylı orta məktəb
Ali Təhsil Sumqayıt Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Balağayev Vahid Seyfəddin oğlu Ana: Balağayeva Besxanım Məcid qızı Qardaşı: Balağayev Şəhruz Vahid oğlu Qardaşı: Balağayev Rəmzi Vahid oğlu Qardaşı: Balağayev Səbuhi Vahid oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər