Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Atduxan
Röyal Balaşzadə 23 noyabr 2003-cü ildə Yardımlı rayonunun Anzov kəndində anadan olmuşdur.
Ailədə üç qardaşdan sonuncusu idi. 2004-cü ildə ailə yaşayış yerini dəyişib Bakıya köçür və 2010-cu ildə Röyal yaşadığı Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən 315 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur, 2019-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib, peşə məktəbinə daxil olur, 16 dekabr 2020-ci il tarixdə atası Balaşov Atduxan Tanrıverdi oğlunun qəfil miokart infarktından vəfat etməsi səbəbindən ailənin maddi ehtiyaclarını ödəmək üçün müxtəlif peşələrdə işləməyə başlayır. 2022-ci ilin yanvar çağırışı zamanı SHÇDX-nin Yardımlı rayonu şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidməti yerinə yetirmək üçün hərbi xidmətə çağrılır. Hərbi xidmətə böyük şövq və istəklə gedən Röyal Balaşzadə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ilkin təlimləri aldıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) seçimlərinə daxil olur və xidmətini davam etdirmək üçün XTQ-nin "N" saylı hərbi hissəsinə göndərilir.
12-13 sentyabr 2022-ci ildən başlayan Ermənistan Silahlı Qüvvələrin törətdiyi təxribatların qarşısını alan dəstədə Balaşzadə Röyalda var idi, Röyal təlimlərdə fərqləndiyi kimi döyüş meydanında da öz cəsarəti, döyüş bacarığı ilə seçilirdi. Döyüş yoldaşları bildirir ki, biz Röyala heyran qalırdıq, çox yüksək bacarıqla döyüşürdü.14 sentyabr tarixində Kəlbəcər rayonu ərazisində döyüş tapşırığını yetirərkən odlu silahdan açılan güllə yarası nəticəsində şəhid olur.
Ərazinin atəş altında olması və relyefin çətinliyi səbəbindən şəhidin nəşi yalnız 17 sentyabr 2022-ci il tarixdə yaxınlarına təhvil verilir. Şəhidin cənazəsi ailəsinin yaşadığı Dədə Qorqud qəsəbəsinə gətirib, vida mərasimi keçirildikdən sonra atasının da dəfn olunduğu Xəzər rayonu, Binə sovxoz qəbristanlığının Şəhidlər Xiyabanında dəfn olunub.
Röyal hələ uşaqlıq yaşından Vətənə dərin məhəbbəti və bu yolda səy göstərməsilə seçilirdi. İbtidai sinifdə oxuyarkən tədbir zamanı müəlliminin "böyüyəndə kim olmaq istəyirsən?"- sualına "mən istərdim ki, Vətən yolunda şəhid olum"- cavabını verir. Ailə üzvləri şəhid Röyal Balaşzadə haqqında xatirələrini danışarkən, kiçik yaşlarından şəhidlik arzusunda olduğunu və Vətənpərvərlik tərbiyəsində atasının xüsusi rolunun olduğunu qeyd edir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şəhid Röyal Balaşzadə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Qardaşı Turan: Röyal uşaqlıqdan vətənpərvərlik ruhunda böyümüşdür.Orta məktəb dövrü yaşlarında da sinif yoldaşları və orta məktəb müəllimləri tərəfindən çox sevilib və hörmətini qazanmışdır.Vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə çox aktiv iştrik edirdi.Ən böyük arzusu Vətən uğrunda şəhid olmaq idi.
Ata: Balaşov Atduxan Tarverdi oğlu Ana: Abdulova Adilə Balağa qızı Qardaş: Balaşzadə Turan Atduxan oğlu Qardaş: Balaşzadə Elmin Atduxan oğlu