Baloğlanlı Elşad Elşən
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Baloğlanlı Elşad Elşən

Ata adı: Elşən

🐣
Doğum — Biləsuvar Günəşli kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Biləsuvar Günəşli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elşad Baloğlanlı 18 yanvar 2002-cı ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.

Elşad Baloğlanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid Elşad Baloğlanlı 18 noyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elşad Baloğlanlı ölümündən sonra "3-cü dərəcəli Vətənə Xidmətə görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Elşad onu tanıyanların arasında çox böyük hörmət qazanmışdı. Büyüklə-büyük, kiçiklə-kiçik kimi rəftar edib, düşdüyü mühitə tez uyğunlaşardı. Qohumlarlada çox mehriban yola gedib, isti münasibət göstərirdi. Heç kimin xətrinə dəyməz, heç kimin haqqını yeməzdi. Düzgün, dürüst biri idi. Döyüş yoldaşlarının arasında da böyük nüfuz qazanmışdı. Ailəsinə çox bağlı idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Fazil Hökməliyev adına Günəşli kənd tam orta məktəbi
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Elşən Baloğlanov Vəli oğlu Bacı: Səbinə Baloğlanlı Elşən qızı Bacı: Şəbnəm Baloğlanlı Elşən qızı Qardaş: Süleyman Baloğlanlı Elşən oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər