Baxışlı Baxış Eldar
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Baxışlı Baxış Eldar

Ata adı: Eldar

🐣
Doğum — Tərtər İsmayılbəyli kəndi
🕊️
Şəhadət — Astara
📍
Dəfn Olunduğu Yer Tərtər İsmayılbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Dövlət Sərhəd Xidməti
Xidmət Növü Həqiqi hərbi xidmət

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni
"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

"Vətən müharibəsi iştirakçısı" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Baxışlı Baxış Elşən oğlu 1994-cü il noyabrın 7-də Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. O,  İsmayılbəyli kənd tam orta məktəbini qurtardıqdan sonra yüksək balla Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olub və akademiyanı fərqlənmə diplomu ilə bitirib.

Mayor Baxışlı Baxış 2024-cü il iyun ayının 9-da xidməti vəzifəsini yerinə yetirərkən Dövlət Sərhəd Xidmətinin  Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunda ildırım vurması nəticəsində həlak olub. Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu,  şəhid mayor Baxışlı Baxış doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində torpağa tapşırılıb.

44 günlük Vətən müharibəsində döyüşlərdə iştirak edib. Xidmətdə fərqləndiyinə görə sağlığında “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci və 3-cü dərəcəli, “Silahlı qüvvələrin 95 illiyi”, “Azərbaycan Sərhəd mühafizəsi”, “Sərhəddə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif edilib.

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Baxışlı Baxış Eldar oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin  hərbi qulluqçusu Baxışlı Baxış Elşən oğlu  ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur , vətənpərvər insan olub

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Tərtər rayonunun İsmayılbəyli kənd orta məktəbi
Ali Təhsil Dövlət Sərhəd Xidmətinin Akademiyası
İş Yeri Dövlət Sərhəd Xidməti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bağırov Elşən Baxış oğlu Ana: Təhməzova Fəridə Vəli qızı Bacı: Baxışlı Jalə Elşən qızı Bacı: Baxışlı Aidə Elşən qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər