Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ziyafət
Nicat Ziyafət oğlu Baxşaliyev 1993-cü il iyunun 16-da Bərdə rayonunda dünyaya gəlib. Sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Baxşaliyev Nicat Ziyafət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü ” medalları ilə təltif olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Baxşaliyev Nicat Ziyafət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Atasının dediyinə görə mehriban, əməli düzgün, çox tərbiyəli, hörmətli bir övlad olub
Ata: Baxşəliyev Ziyafət Yusif oğlu Ana: Baxşəlıyeva Sülhiyə Hüseyn qızı Qardaş: Baxşəlıyev Orxan Ziyfət oğlu