Baxşəliyev Natiq Saleh
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Baxşəliyev Natiq Saleh

Ata adı: Saleh

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Xocavənd Ərgünəş dağı
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə fərqlənməyə görə medalı

Döyüşdə Fərqlənməyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Natiq Baxşəliyev 1980-cı il iyulun 7-də Bakı şəhərində anadan olub. Baxşəliyev Natiq 1986-ci ildə Bakı şəhəri, Yasamal rayonu 167 saylı orta  məktəbin 1-ci sinfinə getmiş və 1997-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinin Avtomexanika fakultəsinə daxil olmuşdur. Universiteti 2001-ci ildə bitirərək, elə həmin ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 avqust 2001-ci il tarixli əmri ilə "Leytenant" rütbəsi almış və motoatıcı taborun minaatan batareyasının tağım komandiri - Batareyanın Baş zabiti vəzifəsinə təyin edilərək hərbi xidmətə çağırılmışdır. Vaxt tamamında, 2003-cü ildə N saylı hərbi hissədən tərxis olunub, ehtiyyata buraxılır. Natiq Baxşəliyev 2007 ci ildə ailə həyatı qurub. 2009- cu il təvəllüdlü Yunus adlı bir oğlu var.
Azərbaycan Ordusunun leytenantı olan Natiq Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Natiq Baxşəliyev oktyabrın 20-də Xocavənd döyüşləri zamanı Ərgünəş dağı istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Natiq Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Natiq Baxşəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Natiq Baxşəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, məsuliyyətli, qayğıkeş xarakterli,qohumlarına, dostlarına çox bağlı insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri 167 saylı orta məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Baxşəliyev Saleh Mirzəli oğlu Ana: Baxşəliyeva Tamilla Əli qızı Qardaş: Baxşəliyev Faiq Saleh oğlu Həyat yoldaşı: Baxşəliyeva Gülnaz Arif qızı Oğlu: Baxşəliyev Yunus Natiq oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər