Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Sultan
Eldar Sultan oğlu Baxşıyev 1998-ci il oktyabrın 7-də Goranboyda anadan olub. 2020-ci il yanvarın 22-dən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Suqovuşan uğrunda döyüşlərin gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralı döyüş yoldaşlarına kömək edərkən qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldar Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Eldar Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və “İgidliyə görə” medallarıı ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Eldar Baxşiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Dostcanlı, gülərüz, xoş xasiyyətli, mülayim insan idi.
Ata: Baxşıyev Sultan Eldar oğlu Ana: Baxşıyeva Vüsalə Barat qızı