Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Əhliman
Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olmuşdur. Nuray Bayramlı ilə ailəli idi, 1 övladı yadigar qaldı.
Ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlamışdır. Qısa zamanda "kapitan" rütbəsi almışdır.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibə bitdikdən sonra o, xidmətinə davam etmiş və iştirakına görə təltif edilmişdir.
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Səngəçal aerodromundan qalxan helikopterdəkilərdən biri olan Cavid Bayramlı hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş, Ceyhun Əhmədxanov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqları icra edərkən vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Cavid Bayramlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
İgid, cəsur, vətənpərvər hərbiçi idi.
Ata: Bayramlı Əhliman Həyat yoldaşı: Nuray Bayramlı