Bayramlı Tural Ədil
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bayramlı Tural Ədil

Ata adı: Ədil

🐣
Doğum — Beyləqan Şərq qəsəbəsi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Beyləqan Şəhidlər Xiyaban
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Daxili Qoşunlar
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı

"Hərbi xidmətdə fərqlənməyə görə" medalı

Həyat Yolu və Şəhadət Tarixçəsi

Tural Bayramlı 10 fevral 1996-cı ildə Beyləqan rayonunun Şərq qəsəbəsində Ədil Qarayev və Əfruz Qarayevaların ailəsində anadan olmuşdur. Əslən Cəbrayıl rayonunun Daş Veysəlli qəsəbəsindən idi. 2002-2013-cü illərdə Cəbrayıl rayon Dağ Tumas kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Tural Bayramlı kəşfiyyatçı olaraq Mübariz İbrahimovun şəhid olduğu Tərtər rayonunun Çaylı kəndi istiqamətində şiddətli döyüşlərdə iştirak etmişdir. Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdən tərxis olunmasıyla bağlı əmri gəlsə belə könüllü olaraq vuruşmuşdur. Kəşfiyyatçı kimi qarşı tərəfdən xüsusi hərbi sirlərin öyrənilməsində və bununla qarşı tərəfin hücumunun erkən dəf edilməsində fərqlənmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Döyüşlərdən sonra Tural Bayramlı Daxili Qoşunların "Yarasa" xüsusi təyinatlı hərbi birləşməsinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə davam etmişdir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Tural Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Tural Bayramlı 4 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikası Müdafiə Naziri Zakir Həsənovun 28.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Bayramlı ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Ciddi xarakterə sahib, vətənpərvər, qayğıkeş, ədalətli, mehriban insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Beyləqan rayon, Qəhrəmanlı qəsəbəsi Cəbrayıl rayon, Dağtumas kənd tam orta məktəbi
İş Yeri Azərbaycan Respublikası Daxili Qoşunları
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Qarayev Ədil Bayram oğlu Ana: Qarayeva Əfruz Çıraqəli qızı Qardaş: Bayramlı Amin Ədil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər