Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
📜 Günün Müqəddəs Ayəsi (Furqan surəsi, 74-cü ayə)
📜 Günün Müqəddəs Ayəsi (. Bəqərə surəsi, 286-cı ayə)
Ata adı: Mətləb
Aydın Bayramov Mətləb oğlu 1997-cı il 2 avqust tarixində Qəbələ rayonunun Əmirvan kəndində anadan olub. Orta təhsilini Əmirvan kəndi Yadigar Vəliyev adına tam orta məktəbdə alıb.
2015-ci hərbi xidmətə getmiş, Qusar rayon hərbi hissəsində kəşfiyyatçı kimi başa vurmuşdur. 2016-cı ildə aprel döyüşlərində kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Aydın Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə Murovdağ, Talış kəndi, Ağdərə istiqamətində gedən döyüşlərdə olub. Aydın Bayramov oktyabrın 9-da Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub Qəbələ rayonu Əmirvan kənd qəbirstanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aydın Bayramov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü ”medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aydın Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, gülərüz insan idi.
Ata: Bayramov Mətləb Nurəmməd oğlu Ana: Bayramova Gülarə Sədulla qızı Qardaş: Bayramov İlqar Mətləb oğlu Bacı: Rəhimova Şəhla Mətləb qızı Bacı: Nəsrullayeva Gülanə Mətləb qızı