Bayramov Cavid Azər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bayramov Cavid Azər

Ata adı: Azər

🐣
Doğum — Bakı Binəqədi rayonu
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Bakı Binəqədi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavid Bayramov 1997-ci il iyunun 29-da Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhər 93 N-li məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinin Nəqliyyat və Logistika fakültəsinə qəbul olunub. Vətən Müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılan Cavid Bayramov 2020-ci ilin oktyabrın 8-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub

Şəhidimizin atası Azər Bayramov deyir ki, oğlu zarafatçıl olub. Onunla çiyin-çiyinə döyüşən yoldaşları bildiriblər ki, Cavidin yerində etdiyi zarafatları onların üzünü həm güldürür, həm də ruhlandırırmış. Azər Bayramovun sözlərinə görə, övladı Füzuli uğurunda gedən ağır döyüşlərdə şəhadətə qovuşub. Elə şəhid olmazdan cəmi 10 dəqiqə əvvəl də son dəfə atası ilə danışıb.

Cavid Bayramov Füzuli və Cəbrayıl uğurunda gedən ağır döyüşlərdə böyük şücaətlər göstərib. Onu bu qəhrəmanlıqlarına görə, dövlət başçısı ölümündən sonra ''Vətən uğurunda'' , “Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə'' medalları ilə təltif edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavid Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, geniş ürəkli, yardımsevər, məntiqli, hər bir işi planlaşdırmaq qabiliyyətinə malik olan biri idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bakı şəhəri, 93 saylı tam orta məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bayramov Azər Aydın oğlu Ana: Bayramova Kəmalə İsmayıl qızı Qardaş: Bayramov Xalid Azər oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər