Bayramov Davud Şamil
Leytenant
🇦🇿 Azərbaycan Şəhidi

Bayramov Davud Şamil

Ata adı: Şamil

🐣
Doğum — Salyan Xələc kəndi
🕊️
Şəhadət — Xocavənd Harov kəndi
📍
Dəfn Olunduğu Yer Salyan Xələc kəndi Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Leytenant
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bayramov Davud Şamil  oğlu 2000-ci  il yanvar ayının 1 -də Salyan rayonu, Xələc kəndində anadan olmuşdur. Davud Bayramov orta təhsilini  Salyan rayonu, Təhməz Şirnov adına Xələc kənd orta məktəbində  almış, orta məktəbi bitirdikdən sonra isə Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. 

Davud Bayramov  Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Harov kəndi   istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Davud Bayramov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir. 

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur, vətənpərvər insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayonu, Təhməz Şirnov adına Xələc kənd orta məktəbi
Ali Təhsil Azərbaycan Texniki Universiteti
İş Yeri Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bayramov Şamil Şahlar oğlu Ana: Bayramova Sona Əliqulu qızı Bacı: Səfərova Aytac Şamil qızı Həyat yoldaşı: Bayramova Ceyhunə Seymur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər