Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elçin
Elvin Elçin oğlu Bayramov 1998-ci il yanvarın 22-də Cəlilabad rayonunun Adnali kəndində anadan olub. S.Səfərov adına Adnali kənd tam orta məktəbə daxil olub. 2005 ci ildə mektebi bitirib. Lənkəran Dövlət Universitetində ali təhsil alıb.
2020-ci ildə hərbi xidmətə çağırılıb. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Elvin Bayramov 2020-ci ilin 29 oktyabrında Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmənin üzərinə hücuma keçərkən şəhid olub.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elvin Bayramov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Elvin Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Ailəcanlı, vətənpərvər, mərd, cəsur insan olub.
Ata: Bayramov Elçin Rahil oğlu Ana: Bayramova Dürdanə Bayram qızı Qardaş: Bayramov Elnur Elçin oğlu