Bayramov Əmrah Hüseyn
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bayramov Əmrah Hüseyn

Ata adı: Hüseyn

🐣
Doğum — Neftçala Bankə qəsəbəsi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Neftçala şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Əmrah Bayramov 18 yanvar 2001-ci ildə Azərbaycanın Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuşdur. Əmrah 2007-ci ildə Əbülfəz Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində 1-ci sinifə daxil olmuşdur. 2008-ci ildən başlayaraq 9-cu sinifə qədər təhsilini Neftçala şəhər Samid İmanov adına 1 saylı orta məktəbində davam etdirmişdir və həmin məktəbin məzunu olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2016-cı ildə Aşpazlıq ixtisası üzrə 3 nömrəli Sumqayıt Peşə liseyinə qəbul olmuşdur. Uşaq yaşlarından musiqiyə həvəsi olduğu üçün təhsilini davam etdirərkən özü replər yazar və səsləndirərdi.

Əmrah Bayramov 22 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Bakının Pirəkəşkül qəsəbəsində başlamış, 2019-cu il sentyabr ayından başlayaraq 769 nömrəli hərbi hissədə hərbi xidmətini davam etdirmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrdə heyət nəfəri atıcı vəzifəsində iştirak etmişdir. Oktyabrın 4-də Cəbrayıl uğrunda gedən döyüşlərdə və 13-cü postun alınmasında qəhrəmancasına döyüşmüşdür. Əmrah Bayramov oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Əmrah Bayramov oktyabrın 30-da Neftçala rayonunda dəfn olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əmrah  Bayramov ölümndən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Əmrah  Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Xasiyyətcə səmimi, mehriban, ünsiyətcil və əməksevər insan idi. Daima nələrsə yaratmaq, inkişaf etmək fikrində idi. Ətrafında olan insanların yaxşı yaşaması üçün əlindən gələni edərdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Bankə qəsəbəsi 1 saylı tam orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bayramov Hüseyn Xanhüseyn oğlu Ana: Bayramova Elnurə İmran oğlu Bacı: Bayramova Günay Hüseyn qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər