Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Ağaisa
Həsən Ağaisa oğlu Bayramov 2001-ci il iyunun 22-də Göyçay rayonunda dünyaya gəlib. 2019-cu il, iyulun 3-də hərbi xidmətə çağırılıb. Vətən müharibəmiz başlayanda Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Həsən Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, Həsən Bayramov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və “Vətən uğrunda" medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Həsən Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərd, cəsur, vətəninə, bayrağına bağlı insan olub.
Ata: Bayramov Ağaisa Həsən oğlu Ana: Bayramova Rəsmiyyə Ramiz qızı Qardaş: Bayramov Cəsarət Ağaisa oğlu