Bayramov İqbal Əhmədağa
Mayor
🇦🇿 Azərbaycan Şəhidi

Bayramov İqbal Əhmədağa

Ata adı: Əhmədağa

🐣
Doğum — Lənkəran Hirkan qəsəbəsi
🕊️
Şəhadət — Cəbrayıl
📍
Dəfn Olunduğu Yer Lənkəran Hirkan qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Mayor
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

I dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

İqbal Bayramov 1977-ci il iyulun 4-də Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A. Quliyev adına tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) "Energetika" ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə "leytenant" hərbi rütbəsi alıb.

İqbal Bayramov 1998-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-2005-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-də təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.

2008-ci ildən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinə xidmətini davam edib. 2011-ci ildə "mayor" hərbi rütbəsi alıb və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib.

2018-ci il yanvarın 5-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, yanvarın 14-də "mayor" hərbi rütbəsi ilə ehtiyata buraxıldı.

Azərbaycan Ordusunun mayoru olan İqbal Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Cəbrayılın azad olunması uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İqbal Bayramov ölümündən sonra "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçusu Bayramov İqbal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilətəltif edilib

Xatirələrdə Yaşayan Şəhid:

Hərbi xidmətlərində yüksək nəaliyyətlər göstərən məğrur, döyüşkən, qəhraman bir insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Lənkəran şəhər Hirkan qəsəbəsi tam orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bayramov Əhmədağa Məmmədağa oğlu Ana: Bayramova Gülzar Məhəmməd qızı Həyat yoldaşı: Bayramova Rəna Nizami Oğlu: Bayramov Kənan İqbal oğlu Qızı: Bayramova Ləman İqbal qızı Bacı: Rzayeva Şəhla Əhmədağa qızı Bacı: Dədəyeva Könül Əhmədağa qızı Bacı: İbrahimova Xumar Əhmədağa qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər