Bayramov Osman Zeyqəm
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bayramov Osman Zeyqəm

Ata adı: Zeyqəm

🐣
Doğum — Biləsuvar Ağalıkənd kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Biləsuvar Ağalıkənd kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Osman Bayramov 1987-ci il fevralın 13-də Biləsuvar rayonunun Ağalı kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Osman Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Osman Bayramov Füzuli döyüşləri zamanı şəhid olub. Biləsuvar rayonunun Ağalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Osman Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Osman Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Osman çox mehriban, səmimi və şən biri idi. Hər zaman ailəsinə qarşı çox diqqətcil və qayğıkeş olub. Mülayim xasiyyətli, deyib-gülməyi sevən biri olub. Vətənini sevən, vətəni uğrunda hər an canından keçməyə hazır biri olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Biləsuvar rayon Ağalıkənd tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bayramov Zeyqəm Əyyub oğlu Ana: Bayramova Zemfira Allahşükür qızı Qardaş: Bayramov Ziyafət Zeyqəm oğlu Bacı: Bayramova Ramilə Zeyqəm qızı Bacı: Bayramova Sahilə Zeyqəm qızı Qızı: Bayramova Səbinə Osman qızı Qızı: Bayramova Səbirə Osman qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər