Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Vüqar
Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015-2019-cu illərdə Tiblisi Dövlət Universitetinin tələbəsi olub.
Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. Əsgər yoldaşlarının tez bir zamanda sevimlisinə çevrilən Səlimxan, zabitlərin yanında da özünə məxsus hərəkətləri ilə, hamının sevgisini qazanır.
27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşları ilə erməni təcavüzkarlarından post almış və o posta oz doğma şəhəri Sumqayıtın adın vermişdir.
19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Füzulinin azad olunması görə", “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin” azad olunmasına görə" və Vətən uğrunda" medalları ilə təltif olunub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Səlimxan Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxmaz, qoçaq insan idi, ancaq bir şüarı var idi “İrəli”. Bütün əsgərlər onun haqqında yüksək fikirdə idi.
Ata: Bayramov Vüqar Səlimxan oğlu Ana: Rüstəmova Rəhilə Tarix qızı Qardaş: Bayramov Atilla Vüqar oğlu Qardaş: Bayramov Səlcuq Vüqar oğlu