Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Məmməd
Xəqani Bayramov 1990-cı il noyabrın 17-də Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. Ailəli idi. Bahar adlı qızı və Rəsul adlı oğlu yadigar qaldı.
Azərbaycan Ordusunun giziri olan Xəqani Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Bayramov oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəqani Bayramov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Xəqani Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3 – cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Ünsiyyətcil, zarafatcıl, şən xarakterli insan kimi yaddaşlarda qalıb.
Ata: Bayramov Məmməd Musa oğlu Ana: Bayramova Bahar Rzaqulu qızı Həyat yoldaşı: Bayramova Gülşən Ələsgər qızı Qızı: Bayramzadə Bahar Xəqani qızı Oğlu: Bayramzadə Rəsul Xəqani oğlu Qardaş: Bayramov Fəqan Məmməd oğlu Bacı: Bayramova Bursa Məmməd qızı Bacı: Bayramova Aysel Məmməd qızı