Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Bəhmən
Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub. 2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb. Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qoşulub. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Manaf Bəhmanlı ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidnetinin Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Manaf Bəhmanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mülayim, tərbiyəli, yardımsevər, gülərüz, ailəcanlı insan olub.
Ana: Bəhmənova Suray Kərəm qızı Bacı: Manaflı Mina Bəhmən qızı