Bəkirov Təbriz Etibar
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bəkirov Təbriz Etibar

Ata adı: Etibar

🐣
Doğum — Ucar Bağırbəyli kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Ucar Bağırbəyli kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində, 2004-2010-cu illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb.

Təbriz Bəkirov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Bəkirov oktyabrın 4-də Suqovuşan-Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Təbriz Bəkirov ölümündən sonra "Vətən uğrunda" və “ Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Təbriz Bəkirov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Təbriz çox sakit təbiətli, gülərüz bir oğlan iydi. Ətrafında çoxlu sayda dostları var idi. Məktəbdə də tərbiyəli, çalışqan şagird olduğu üçün müəllimlərin və şagirdlərin dərin hörmətini qazanmışdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Ucar şəhər 1 saylı orta məktəb
Ali Təhsil Gəncə Aqrar Sənaye Unversiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bəkirov Etibar Akif oğlu Ana: Bəkirova Aliyə Mail qızı Qardaş: Bəkirov Akif Etibar oğlu Bacı: Bəkirova Ulduz Etibar qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər