Bəndəliyev Əliəkbər Qulu
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bəndəliyev Əliəkbər Qulu

Ata adı: Qulu

🐣
Doğum — Salyan Çadırlı kəndi
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Hacıqabul Udlu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Tərtər ⚔️ Laçın

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə medalı

Laçının azad olunmasına görə
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.Bəndəliyev Əliəkbər Qulu oğlu 23 aprel 2001-ci ildə Salyanın Çadırlı kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Suqovuşan, Hadrut istiqamətlərində döyüşlərdə iştirak edib. Baş kəşfiyyatçı və baş müşahidəçi olan Əliəkbərin verdiyi dəqiq koordinatlar sayəsində bir neçə dəfə düşmənə ağır zərbə vurulub. Son dəfə oktyabrın 8-i evlə əlaqə saxladıqdan sonra döyüşə yollanıb. 10 oktyabr tarixində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Bəndəliyev Əliəkbər Qulu oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ailəcanlı, mehriban, vətənpərvər bir insan kimi xatırlanır.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Salyan rayon Çadırlı kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bəndəliyev Qulu Seyidağa oğlu Ana: Şahbazova Sevil Ağasalam qızı Bacı: Bəndəliyeva Səbinə Qulu qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər