Bəxtiyarov Orxan Sərvər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bəxtiyarov Orxan Sərvər

Ata adı: Sərvər

🐣
Doğum — Daşkəsən
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Daşkəsən Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə medalı

Şuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Orxan Bəxtiyarov 1991-ci il sentyabrın 13-də Daşkəsən şəhərində anadan olub. Ailəli idi. 
Azərbaycan Ordusunun əsgəri olan Orxan Bəxtiyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Bəxtiyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Bəxtiyarov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Orxan Bəxtiyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Gülərüz, mehriban, ailəcanlı, qohumcanlı, mərhəmətli, zəhmətsevər, cəsur, vətənpərvər, igid, qorxmaz insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Daşkəsən şəhəri İ.Nəsimi adına 1 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bəxtiyarov Sərvər İlyas oğlu Ana: Bəxtiyarova Gülbəs Həsənqulu qızı Qardaş: Bəxtiyarov Sənan Sərvər oğlu Bacı: Bəxtiyarova Jalə Sərvər qızı Həyat yoldaşı: Bəxtiyarova Nərmin Marlen qızı Oğlu: Bəxtiyarzadə Tunar Orxan oğlu Qızı: Bəxtiyarzadə Nəfəs Orxan qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər