Bəyverdiyev Rafik Nurməhəmməd
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bəyverdiyev Rafik Nurməhəmməd

Ata adı: Nurməhəmməd

🐣
Doğum — Qusar Cibir kəndi
🕊️
Şəhadət — Xocavənd
📍
Dəfn Olunduğu Yer Qusar Cibir kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rafik Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi.

Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafik ləqəbini qazanıb. Rafik Bəyverdiyev oktyabrın 20-də şəhid olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdə götürüldü və ailəsinə təhvil verildi. Qusar rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən Rafik Bəyverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Rafik Bəyverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Ciddi, mərd, sözündə duran biri kimi tanınırdı.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cibir kənd orta məktəb
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Bəyverdiyev Nurməhəmməd Osman oğlu Ana: Bəyverdiyeva Səlmiinaz Şıxəli qızı Bacı: Bəyverdiyeva Dinara Nurməhəmməd qızı Qardaş: Bəyverdiyev Zorik Nurməhəmməd oğli

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər