Bilalov Abdulcəmil Xaqani
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Bilalov Abdulcəmil Xaqani

Ata adı: Xaqani

🐣
Doğum — Göyçay Ləkçıplaq kəndi
🕊️
Şəhadət — Tərtər Suqovşan
📍
Dəfn Olunduğu Yer Göyçay Ləkçıplaq kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Səfərbərlik
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Abdulcəmil Bilalov 1997-ci il yanvarın 9-da Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olub.Abdulcəmil ailənin 3-cü övladı idi. O, anadan olanda anası demişdi ki, Vətən üçün oğul böyüdürəm. Çox aktiv, həyat dolu uşaq idi. Abdulcəmil uşaqlıqdan futbola bağlı uşaq idi. Fənərbaxça klubunun azarkeşi olan Abdulcəmil həyətdəki uşaqlarla Ləkçılpaq komandası qurmuşdu. Kəndarası yarışlara qatılardı.

Müharibə başlamamışdan bir neçə ay əvvəl ağır yol qəzası keçirir. Səfərbərliyə çağırsalar da keçirdiyi qəza səbəbindən orduya aparmaq istəməyiblər, ancaq Abdulcəmilin israrları ilə səfərbərliyə qatılıb və ordu sıralarında xidmət etməyə başlayıb. Son dəfə 15 oktyabr ailəsi ilə danışmışdı. Suqovuşan istiqamətində şiddətli döyüşlər zamanı qolundan yara alsa da döyüşə davam edib. 17 oktyabr döyüşlərdən qayıdarkən əsgər yoldaşları bir az sürətli getmələrini xahiş etsələr də, Abdulcəmil mən çox yorulmuşam, asta gedəcəm deyir. Əsgər yoldaşı bir az uzaqlaşandan sonra ətrafında minamyot partlayır və şəhidlik məqamına şəhadət şərbətini içənə kimi 11 erməni məhv edib. Cənazəsi neytral zonada qaldığı üçün uzun zaman dəqiq xəbər almaq mümkün olmamışdı.

Azərbaycan Ordusunun əsgəri olan Abdulcəmil Bilalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Abdulcəmil Bilalov noyabrın 1-də Ağdərə istiqamətində şəhid olub. 20 Noyabrda Göyçay rayonunun Ləkçılpaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Abdulcəmil Bilalov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda” və “Cəsur döyüşçü ”medalları ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Abdulcəmil Bilalov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Çox məsuliyyətli, diqqətli oğlan idi. Ürəyində həmişə vətənpərvərlik hissləri vardı. Cəsur və qorxmaz idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Göyçay rayonu, Ləkçıplaq kənd 1 nömrəli orta məktəb
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Bilalov Xaqani Qulu oğlu Ana: Bilalova Mülayim Fəzayıl qızı Həyat yoldaşı: Bilalova Fətanə Qabil qızı Oğlu: Bilalzadə Əhməd Abdulcəmil oğlu Oğlu: Bilalzadə Mustafa Abdulcəmil oğlu

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər