Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: İsmət
Bilalov Sərxan İsmət oğlu 1989- cu ilin may ayının 31- də Qax şəhərində dünyaya gəlib.
Qax şəhəri şəhid E. Babayev adına 4 saylı tam orta məktəbində təhsil alıbdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Bilalov Sərxan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmət ordeni” ilə təltif edilmişdir.
Ailəli idi, 2 övladı var.
Şən, zarafatçıl, vətənini sevən, böyük- kiçik yeri bilən, ailəsinə bağlı birisi idi.Onda döyüşçü ruhu var idi. Həmişə döyüşə can atırdı. Hərb sənətinə böyük marağı var idi. Vətən torpaqlarının azad olunması üçün əlindən gələni etməyə çalışırdı. Həyat yoldaşı qeyd etdi ki: Həmişə hərbi hissədə hər hansı bir tədbir keçirilən zaman əlindən gələn köməkliyi əsirgəməzdi. Bayram sovqatlarının paylanması və digər işlərdə irəli atılardı. Lokal xarakterli anti-terror əməliyyatındada vətənini, yurdunu necə sevdiyini öz canı, qanı bahasına təsdiq etdi.
Ana: Bilalova Həlimə Bəhərçi qızı Qardaş : Bilalov Şaban İsmət oğlu Həyat yoldaşı: Bilalova Ayna Hicran qızı Oğlu : Bilalov İsmət Sərxan oğlu Oğlu : Bilalov Nicat Sərxan oğlu