Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Elxan
Akif Cabbarov 1997-ci il noyabrın 24-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür
General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif əsgərlikdə olduğu zaman Aprel döyüşlərində iştirak edib.
Akif Cabbarov oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində Şəhid olub və Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Akif Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəsur, mərd, ailəcanlı, dostcanlı, vətənpərvər insan olub.
Ata: Hüseynov Elxan Fəqan oğlu Ana: Cabbarov Ayşə Mürşüd qızı