Cabbarov Elnur Şahmurad
MAHHXHQ əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cabbarov Elnur Şahmurad

Ata adı: Şahmurad

🐣
Doğum — Laçın Qarakeçdi kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Ağcabədi Taxta körpü, 552 saylı Laçın qəsəbə qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə MAHHXHQ əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Cəbrayıl ⚔️ Füzuli ⚔️ Xocavənd

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Elnur Cabbarov 15 sentyabr 1994-cü ildə Ağcabədidə anadan olmuşdur. Əslən Laçın rayonunun Qarakeçdi kəndindəndir. 
Hərbi xidmət müddəti bitdikdən sonra Elnur Laçın rayon polis orqanında işə düzəlir, daha sonra N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətini davam etdirir.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsinə Elnur könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşulduqdan sonra yollanır. Döyüşlərdən birində ağır yaralansa da, yenidən döyüş meydanına qayıdır. O, Füzulinin, Cəbrayılın, Hadrutun, Zəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşur. Laçın dəhlizinin işğaldan azad edilməsi də Elnur və onun komandasına tapşırılmışdı. Əsgər Elnur Cabbarov 5 noyabr 2020-ci ildə Şuşa döyüşlərində ağır yara almış, əvvəlcə, Hadruta, oradan Bakıya aparılmışdır. 1 həftəlik komadan sonra 12 noyabr 2020-ci ildə Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir.

Ağcabədi rayonunda dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Cabbarov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Mərd, cəsur insan olub.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Taxta körpü 552 saylı Laçın qəsəbəsi 1 saylı tam orta məktəbi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Həyat yoldaşı: Cabbarova Sahilə Bəhrəm qızı Qızı: Cabbarova Minayə Elnur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər