Cabbarov Seymur İlham
Kapitan
🇦🇿 Azərbaycan Şəhidi

Cabbarov Seymur İlham

Ata adı: İlham

🐣
Doğum — Şərur Çərçiboğan kəndi
🕊️
Şəhadət — Füzuli
📍
Dəfn Olunduğu Yer Şərur Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Kapitan
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
İgidliyə görə medalı

İgidliyə görə medalı

İgidliyə görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi  yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı
III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

"Qüsursuz xidmətə görə" medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi"  yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı
III dərəcəli "Rəşadət" ordeni

III dərəcəli "Rəşadət" ordeni

"Rəşadət" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. 1993-2001-ci illərdə R. Abbasov adına Çərçiboğan кənd tam orta məкtəbində, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
Seymur Cabbarov 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "baş leytenant" hərbi rütbəsində xidmətə davam edən Seymur Cabbarov, 2014-cü ildən Motoatıcı Tabor Komandirinin MTT üzrə müavini vəzifəsində çalışıb.

Seymur Cabbarov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində, həmin ilin avqust ayından isə Naxçıvan şəhərərində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ildə bir müddət Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edən Seymur Cabbarov, sonradan Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətinə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Seymur Cabbarov ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər, igid, insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Cəmşid Naxçıvanski adına hərbi lisey
Ali Təhsil Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
İş Yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Ailə Vəziyyəti Evli
Ailə Üzvləri

Ata: Cabbarov İlham Həyat yoldaşı: Cabbarova Maral Oğlu: Cabbarov Nihad Seymur oğlu Qızı: Cabbarova Sevinc Seymur qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər