Cahangirov Rauf Xəyyam
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cahangirov Rauf Xəyyam

Ata adı: Xəyyam

🐣
Doğum — Astara Maşxan kəndi
🕊️
Şəhadət — Şuşa
📍
Dəfn Olunduğu Yer Astara Maşxan kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Şuşa ⚔️ Xocavənd ⚔️ Füzuli

Təltif Edildiyi Orden və Medallar

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə
Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə medalı

Cəbrayılın azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Rauf Cahangirov 1998-ci il avqustun 24-də Astara rayonunun Maşxan kəndində anadan olmuşdur. 2015-ci ildə Maşxan kənd orta məktəbini bitirmiş, 2015-2019-cu illərdə Lənkəran Dövlət Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili almışdır.
2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətini başa vurduqdan üç ay sonra könüllü orduya yazılmış və 21 sentyabrdan təlimlərə qatılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Rauf Cahangirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş, noyabrın 2-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 17 dekabrda Maşxan kəndinin qəbiristanlığında dəfn olunmuşdur.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Rauf Cahangirov ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Səmimi, tərbiyəli, humanist, vətəni sevən insan idi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Nizami Əliyev adına Maşxan orta kənd məktəbi
Ali Təhsil Lənkəran Dövlət Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cahangirov Xəyyam Hacıvəli oğlu Ana: Cahangirov Ülviyyə Əzizağa qızı Qardaş: Cahangirov Ramin Xəyyam oğlu Bacı: Cahangirova Sənubər Xəyyam qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər