Salamları
Allah
Allah
Allah
VARLIQ ALƏMİNİN ƏN ŞƏRƏFLİSİ HƏZRƏT MUHƏMMƏD (S)
Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir
Ata adı: Xeyrulla
Canbaxışov Xəyal Xeyrulla oğlu 2003-cü il yanvar ayının 9 -da Mingəçevir şəhərində anadan olmuşdur. Xəyal Canbaxışov orta təhsilini Mİngəçevir şəhəri 11 saylı tam orta məktəbində almışdır.
Xəyal Canbaxışov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Xəyal Canbaxışov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Canbaxışov Xeyrulla Bəxdiyar oğlu Ana: Canbaxışova Sona Şakir qızı Bacı: Canbaxışova Xəyalə Xeyrulla qızı Qardaş: Canbaxışox İbrahim Xeyrulla oğlu