Cavadlı Nemət Cavid
Gizir
🇦🇿 Azərbaycan Şəhidi

Cavadlı Nemət Cavid

Ata adı: Cavid

🐣
Doğum — İmişli
🕊️
Şəhadət — Şuşa Daşaltı kəndi
📍
Dəfn Olunduğu Yer İmişli Rəsullu kənd qəbiristanlığı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Gizir
Qoşun Növü Xüsusi Təyinatlı Qüvvələr
Xidmət Növü Həqiqi hərbi xidmət
Döyüşlərdə İştirak:
⚔️ Şuşa

Təltif Edildiyi Orden və Medallar

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə medalı

Kəlbəcərin azad olunmasına görə
"Xocavəndin azad olunmasına görə" medalı

"Xocavəndin azad olunmasına görə" medalı

Xocavəndin azad olunmasına görə
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
Şücaətə görə medalı

Şücaətə görə medalı

Şücaətə görə medalı
"Qarabağ" ordeni

"Qarabağ" ordeni

"Qarabağ" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Nemət Cavadlı 1995-ci il iyunun 3-də İmişli rayonunda anadan olub. Nemət Cavadlı 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

Nemət Cavadlı Kəlbəcərdən Şuşaya qədər döyüş yolu keçib. O Topxanı meşəsində şəhid olub.O müharibə zamanı düşmənin 17 texnikasını məhv edib. Şəhid olduğu gün ermənilərin 3 hərbi texnikasını məhv edib. 

 Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı "Qarabağ" ordeni ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Nemət Cavadlı ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Xatirələrdə Yaşayan Şəhid:

Vətənpərvər ruhlu, igid, cəsur, qorxmaz olmuş, uşaq vaxatlarından mənfur düşmənlərimizə nifrət etmişdir.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb İmişli şəhəri, N.Nərimanov adına humanitar fənlər təmayüllü 1 saylı məktəb lisey
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cavadov Cavid Yasəf oğlu Ana: Cavadova Afət Mikayıl qızı Bacı: Cavadlı Fatimə Cavid qızı Bacı: Cavadlı Zeynəb Cavid qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər