Cavadov Mahmud Heydər
Əsgər
🇦🇿 Azərbaycan Şəhidi

Cavadov Mahmud Heydər

Ata adı: Heydər

🐣
Doğum — Bakı
🕊️
Şəhadət — Tərtər
📍
Dəfn Olunduğu Yer Bakı II Şəhidlər Xiyabanı
Şəhidin Xatirəsini Paylaşın

Hərbi Xidmət və Döyüş Yolu

Hərbi Rütbə Əsgər
Qoşun Növü Quru Qoşunları
Xidmət Növü Könüllü
Döyüşlərdə İştirak:
⚔️ Tərtər

Təltif Edildiyi Orden və Medallar

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə medalı

Suqovuşanın azad olunmasına görə
Cəsur döyüşçü medalı

Cəsur döyüşçü medalı

Cəsur döyüşçü
Vətən uğrunda medalı

Vətən uğrunda medalı

Vətən uğrunda
III dərəcəli "Vətənə xidmətə görə" ordeni

III dərəcəli "Vətənə xidmətə görə" ordeni

"Vətənə xidmətə görə" ordeni

Həyat Yolu və Şəhadət Tarixçəsi

Cavadov  Mahmud  Heydər  oğlu 13 aprel 1999-cu  ildə, Bakı  şəhərində  anadan  olub. Əslən Cəbrayıl şəhərindən olan M.Cavadov 2005-2016-cı illərdə  Yasamal  rayon,  A. Ağaverdiyev  adına  31  nömrəli  tam orta məktəbdə orta təhsilini tamamlamış, 2016-2020-ci  illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci  ildə  həqiqi hərbi xidmətə çağırılmışdır.  Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir.

İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına şəhid olmuşdur.

İkinci  Şəhidlər  Xiyabanında dəfn  edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud  Heydər  oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıı ilə təltif edilmişdir. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu,  Cavadov Mahmud  Heydər  oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilib.

Xatirələrdə Yaşayan Şəhid:

Heç kimə baş qoşmayan, sakit təbiətli biri idi. Şəkil çəkdirməyi sevməzdi.

Təhsil, İş və Ailə Məlumatları

Məktəb Yasamal rayon, A.Ağaverdiyev adına 31 nömrəli tam orta məktəb
Ali Təhsil Azərbaycan Texniki Universiteti
Ailə Vəziyyəti Subay
Ailə Üzvləri

Ata: Cavadov Heydər Mahmud oğlu Ana: İbrahimova Səkinə Alı qızı Bacı: Cavadzadə Züleyxa Heydər qızı Bacı: Cavadzadə Fidan Heydər qızı

Xatirə Fotoları

Digər Qəhrəman Şəhidlərimiz

Bütün Şəhidlər