Tapa bilmədim
3-cü
Ailə məsələləri
Nəcis ayaqlamişam
Əxlaq
Əxlaq
Ata adı: Nizami
Qardaşağa Cəbiyev 13 yanvar 1997-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəbində təhsil almışdır. Sərbəst güləş ilə məşğul olmuş, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Subay idi.
Qardaşağa Cəbiyev 4 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmışdır. 4 oktyabr 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 1 ilə yaxın mülki fəaliyyətinə davam edən Qardaşağa Cəbiyev 2018-ci ilin sentyabrından müddətdən artıq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Qardaşağa Cəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının, Laçının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qardaşağa Cəbiyev 3 noyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid olduğunun ertəsi gün doğulduğu Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Qardaşağa Cəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qardaşağa dostcanlı, mehriban, ünsiyyətcil insan idi.
Ata : Cəbiyev Nizami Qardaşağa oğlu Ana: Cəbiyeva Rəqsanə Novruzəli qızı Qardaş: Cəbiyeva Qardaşəli Nizami qızı Qardaş: Cəbiyeva Hacıağa Nizami qızı